Almatıda 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib
Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən "Ata Yurd - Nomad" Respublika İctimai Birliyi 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirdə icma üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Birliyin rəhbəri Süleyman Əhmədov 20 Yanvar şəhidlərinin xatirəsinin daim ehtiramla anılmasının milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycan Respublikasının Almatıdakı konsulu Vüqar Əmirov 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qəhrəmanlıq salnaməsi olduğunu deyib, bu kimi tədbirlərin xaricdə yaşayan soydaşlarımızın milli birliyinin möhkəmlənməsinə xidmət etdiyini bildirib.
18:15 23.01.2026
Oxunuş sayı: 313