Daşkənddə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb
Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAzMMM) xalqımızın tarixində dərin iz qoyan 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Anım mərasimində RAzMMM-in idarə heyətinin üzvləri, diaspor nümayəndələri və ictimai fəallar iştirak ediblər.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda 20 Yanvar qətliamının Azərbaycan xalqının müstəqillik iradəsini sarsıtmadığını, əksinə, onu daha da gücləndirdiyi bildirilib. Bu qanlı hadisənin üzərindən uzun illər keçməsinə baxmayaraq unudulmayacağı vurğulanıb. Həmçinin 20 Yanvar faciəsinin beynəlxalq hüquq və insan haqları normalarının kobud şəkildə pozulmasının bariz nümunəsi olduğu diqqətə çatdırılıb.
Xaricdə yaşayan azərbaycanlılar üçün bu kimi anım tədbirlərinin milli yaddaşın qorunması, tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
14:01 23.01.2026
Oxunuş sayı: 195