Təhsil haqqında yeni qanun layihəsinin hazırlanması təklif edilib
Müasir çağırışları, rəqəmsallaşmanı, beynəlxalq təhsil məkanına inteqrasiyanı və akademik azadlıqları nəzərə alan yeni “Təhsil haqqında” Qanunun hazırlanması və müzakirəyə çıxarılması yaz sessiyasının əsas prioritetlərindən biri olmalıdır.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında deyib.
Millət vəkilinin sözlərinə görə, mövcud qanunvericilik təhsil sistemində baş verən sürətli dəyişiklikləri tam əks etdirmədiyindən, yeni qanun konseptual xarakter daşımalı və sistemli islahatlar üçün hüquqi baza formalaşdırmalıdır.
10:01 22.01.2026
Oxunuş sayı: 1176