Fransa rəsmiləri Almaniyanın sürətləndirilmiş militarizasiyasının Avropadakı uzunmüddətli qüvvələr balansını poza biləcəyindən ehtiyat edir.
Crossmedia.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
"Alman Marşal Fondu"un (GMF) birinci vitse-prezidenti Klaudiya Mayor bildirib ki, Avropada əvvəllər razılaşdırılmış tarazlıq mövcud idi: "Fransa geosiyasi güc, Almaniya isə iqtisadi güc rolunu üzərinə götürürdü. Lakin Almaniya indi həm siyasi, həm iqtisadi nəhəng olmaqla, yeni gücünü Avropanın daxilində yerləşdirmək üçün aktiv addımlar atır".
Klaudiya əlavə edib ki, bu vəziyyət Fransanı çətin vəziyyətə qoyur və Almaniyadan çox, Fransanın özündə narahatlıq yaradır.
Fransa təkid edir ki, Ukrayna üçün silahlar PURL proqramı çərçivəsində ABŞ-dən əldə edilsin. Lakin Almaniya qeyd edir ki, silahlar Ukraynaya ən çox yardım edən ölkələrdən alınmalıdır. Almaniya burada öz hərbi sənayesini dəstəkləmək istəyir. Fransa Almaniyanın ikinci dünya müharibəsində əldə edilən anlaşmadan çıxmasını istəmir.
Anlaşmaya əsasən Alman ordusu 50 mindən çox ola bilməz. Almaniya baş qərargahı yoxdur və Alman ordusuna nəzarəti ABŞ-ın liderlik etdiyi Avropa ümum qoşun komandanlığından icra edilməlidir. Fransa bu razılaşmanın qüvvədə qalmasına israr edir. Almaniya isə orduya nəzarəti özünə qaytarmağa və hərbi xərcləri artırmağa iddialıdır. Polşa və Fransa buna qarşı çıxırlar.
Kübra Musayeva