Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü mühüm mənəvi dəyərdir
İsveçin paytaxtı Stokholmda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Diasporuna Dəstək Fondunun və İsveç-Azərbaycan Mədəniyyət Birliyinin (SAF) təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
Crossmedia.az bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Tədbirin əvvəlində iştirakçılar Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək həmrəyliklərini nümayiş etdiriblər.
SAF-nin sədri Sevda Dadaşova çıxışında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mühüm mənəvi dəyər olduğunu söyləyib, harada yaşamaqlarına baxmayaraq soydaşlarımızın Azərbaycan bayrağı altında toplaşmasının əhəmiyyətini vurğulayıb.
Azərbaycanın İsveçdəki Səfirliyinin birinci katibi Əsgər Nağıyev Azərbaycan icmasının birliyinin, mədəniyyətimizin tanıdılmasının və gənclərə göstərilən dəstəyin vacibliyini qeyd edib.
“Afrodita” Mədəniyyət Dərnəyinin sədri Aygül Yusubova, gənc yazar və şair Nərgiz Yusifova, Türk diasporunun üzvü Melinda Verilalmaz, eləcə də Azərbaycandan gedən qonaqlar da çıxış edərək təbriklərini çatdırıblar.
Tədbirdə rəngarəng rəqslər, əyləncəli oyunlar və viktorinalar təqdim olunub, Şaxta baba uşaqlara Yeni il hədiyyələri paylayıb.
14:23 07.01.2026
Oxunuş sayı: 2410