2022–2025-ci illərdə 1280 nəfərin IELTS xərcləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb
2025-ci il üzrə statistik göstəricilərə əsasən, 634 nəfər müraciət edib. Müraciətçilərin 370 nəfəri kişi, 264 nəfəri qadın olub. Təhsil pillələri üzrə bölgüdə bakalavriat səviyyəsində təhsil alanlar (573 nəfər) üstünlük təşkil edir. Bununla yanaşı, 30 magistrant, 4 doktorant və 27 nəfər elmi-pedaqoji heyət üzvü tərəfindən müraciət daxil olub.
Crossmedia.az xəbər verir ki, 2026-cı ildən etibarən layihədə iştirak üçün namizədlərin IELTS imtahanından minimum 7.0 və daha yüksək bal əldə etmələri əsas şərt kimi müəyyən olunub.
Layihənin icrasına başlanıldığı 2022-ci ildən bu günədək ümumilikdə 1280 nəfərin IELTS imtahanı üzrə xərcləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb. Bu nəticə layihənin ali təhsil sistemində beynəlxalq standartlara uyğun xarici dil kompetensiyalarının gücləndirilməsinə töhfə verdiyini nümayiş etdirir.
Layihənin növbəti illərdə də universitetlərin elmi-pedaqoji heyətinin və təhsilalanların akademik və beynəlxalq imkanlarının genişləndirilməsi istiqamətində davam etdirilməsi nəzərdə tutulur.
14:25 29.12.2025
Oxunuş sayı: 3248