"Mançester Yunayted"dən minimal hesablı qələbə
İngiltərə Premyer Liqasında 18-ci turun ilk oyunu keçirib.
Crossmedia.az xəbər verir ki, "Mançester Yunayted" doğma meydanda "Nyukasl" ilə qarşılaşıb. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Old Trafford stadionunda hesab 24-cü dəqiqədə açılıb. Danimarkalı müdafiəçi Patrik Dorqu hədəfdən yayınmayıb. 1-ci hissə "mankunyanlar"ın üstünlüyü ilə yekunlaşıb. 2-ci hissədə qol vurulmayıb. Beləliklə, "Mançester Yunayted" "Nyukasl" kollektivini 1:0 hesabı ilə məğlub edib.
Turnir cədvəlində "Mançester Yunayted" 29 xalla 5-ci pillədə qərarlaşıb. "Sağsağanlar" isə 23 xalla 11-ci sıradadır. Qeyd edək ki, cədvəlin lideri "Arsenal" bu axşam "Brayton" ilə qarşılaşacaq.
Türkanə Muradlı
15:33 27.12.2025
Oxunuş sayı: 1305