Bakıda təmayül siniflərinə cəlb olunan şagirdlərin sayı məlum olub
Bakıda təmayül siniflərdə təhsil alan şagirdlərin sayı açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 17 000 mindən çox şagird təmayül sinifdə təhsil alır.
Qeyd olunub ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 194 təhsil müəssisəsində təşkil edilən 819 təmayül sinifdə 17 110 şagird təhsil alır. Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.
10:26 24.12.2025
Oxunuş sayı: 8273