“Parla” təqaüd və inkişaf proqramının qalibləri elan edilib
Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramı üzrə qaliblərin adları açıqlanıb.
Crossmedia.az xəbər verir ki, proqramda iştirak üçün ümumilikdə 1170 nəfər müraciət edib. Seçim meyarlarına uyğun gələn 167 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb. Müsahibələr zamanı namizədlərin hədəfləri, sosial vəziyyəti və dərsdənkənar fəallıqları qiymətləndirilib.
Seçim prosesinin bütün mərhələlərini uğurla tamamlayan 50 tələbə qız “Parla” təqaüd və inkişaf proqramının qalibi olub.
15:30 19.12.2025
Oxunuş sayı: 1657