Elm və təhsil naziri Ağcabədidə vətəndaşları qəbul edib
Dekabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev Ağcabədi şəhərində vətəndaş qəbulu keçirib.
Crossmedia.az bu barədə Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir.
Qəbulda Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər, Bərdə, Ağdərə, Laçın, Kəlbəcər sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qəbul zamanı vətəndaşlar xarici kvalifikasiyaların tanınması, iş yerinin dəyişdirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
17:42 19.12.2025
Oxunuş sayı: 952