İkili diplom proqramı üzrə təhsil səviyyələrinin seçimi qaydası qəbul edilib
Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydası təsdiqlənib.
Crossmedia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu qayda beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarlarını və prosedurlarını tənzimləyir.
Qaydada Proqrama dair müqavilənin bağlanılması, Proqrama tələbə seçimi şərtləri göstərilir.
15:25 18.12.2025
Oxunuş sayı: 1031