Kamal Abdullaya fəxri doktor adı təqdim olunub
Dekabrın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullaya Moldova Respublikasının Kişinyov Pedaqoji Universitetinin fəxri doktoru və universitetin ən yüksək mükafatı olan “İon Kryanqe” medalı təqdim olunub.
Crossmedia.az bu barədə ADU-ya istinadən xəbər verir.
Məlumata görə, təqdimat mərasimində Kişinyov Pedaqoji Universitetinin rəhbərliyi və nümayəndə heyəti iştirak ediblər.
Görüş zamanı Kişinyov Pedaqoji Universitetində “Azərbaycan dili və mədəniyyəti” mərkəzinin fəaliyyətə başlaması və universitetlər arasında elmi, mədəni əməkdaşlığın qurulması ilə bağlı anlaşma memorandumu imzalanıb.
ADU-nun rektoru, akademik Kamal Abdulla göstərilən yüksək etimada və dəyərə görə Kişinyov Pedaqoji Universitetinin rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.
17:50 09.12.2025
Oxunuş sayı: 938