Cenevrədə Azərbaycanın milli musiqiləri zövq oxşayıb
İsveçrənin Cenevrə şəhərində keçirilən Milad yarmarkasında “Səfər. Araz boyunca…ruhlar səyahət edir” adlı tamaşa nümayiş olunub.

Tamaşanın xoreoqrafiyasının və səhnə quruluşunun müəllifi Azərbaycan əsilli Mariya Xan-Xoyskaya və ispan əsilli Kristina Farauladır.
Crossmedia.az xəbər verir ki, tamaşada Azərbaycanın milli rəqsi “Nəlbəki” alqışlarla qarşılanıb. Rəqs Mariya Xan-Xoyskayanın, Kristina Faraulanın və onun isveçrəli tələbəsi Pema Qiyonun ifasında təqdim olunub. Bununla yanaşı, “Lalələr” və “Ay Laçın” kimi xalq mahnılarımızın müşayiəti ilə edilən rəqslər də izləyicilərin zövqünü oxşayıb.
Tamaşada, həmçinin iranlı musiqiçi Sara Axavanın setar və qopuzda ifaları, Azərbaycan və fars dillərində oxuduğu mahnılar böyük maraqla izlənib.
Tədbir Cenevrə Bələdiyyəsinin xəbər portalında, “My Switzerland”, “Switzerland Tourism”, “Geneva Tourism”, “Les Genevois”, “Guidle.com”, “Rouge FM” kimi yerli media orqanlarında işıqlandırılıb.

17:30 09.12.2025
Oxunuş sayı: 869