Təhsil İnstitutu: Hazırda bəzi dərsliklərin istifadəsi şagirdlər üçün çətinliklər yaradır
"Hazırda bəzi dərsliklərin istifadəsi şagirdlər üçün çətinliklər yaradır".
Crossmedia.az xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib
O bildirib ki, bu hallar məktəblərdə aparılan müşahidələr vasitəsilə müəyyən edilir: “Nəticələr dərslik müəllifi komandalarına təqdim olunur və növbəti illərdə dərsliklərin təkmilləşdirilməsi bu məlumatlara əsasən həyata keçirilir. Təhsil İnstitutu dərsliklərin mütəmadi keyfiyyət ekspertizasını həyata keçirir. Hər il yeni hazırlanmış dərsliklərlə bağlı institutun mütəxəssisləri dərs dinləmələri aparır və müəllimlərdən dərsliklərin necə istifadə olunması barədə məlumat toplayır. Eyni zamanda şagirdlərin dərsliklərdən istifadə səviyyəsi də qiymətləndirilir".
12:41 09.12.2025
Oxunuş sayı: 983