Şərqi Avropada "daş qayaya rast gəlib": Müharibə bitmək bilmir, çünki...
Ukraynanın Xüsusi Əməliyyat Qüvvələrinin Rusiyanın əsas mövqelərinə endirdiyi zərbələr müharibənin həlledici mərhələyə daxil olduğunu göstərir. Rusiyanın döyüş meydanında əldə etdiyi nisbi üstünlüyə baxmayaraq, Kiyevin davam etdirdiyi hücum əməliyyatları həm strateji balansı qorumağa, həm də Moskvanın irəliləyişini ləngitməyə hesablanıb. Bu fonda verilən sual isə eynidir: Ukraynanın həyata keçirdiyi lokal əməliyyatlar müharibənin taleyini dəyişəcəkmi, yoxsa sadəcə prosesin uzanmasına xidmət edəcək? Regionda hərbi dinamikanın sürətlə dəyişdiyi bir vaxtda bu əməliyyatların real təsir imkanları siyasi və hərbi dairələrdə ciddi müzakirə mövzusuna çevrilib.

Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli Crossmedia.az-a açıqlama verib:
"Sülh əldə olunmayana qədər müharibə davam edəcək. Hər iki tərəf bir-birinə maksimum dərəcədə zərbə vurmağa çalışacaq. Ukraynanın əsas hədəfi ərazi bütövlüyünü bərpa etmək və mümkün qədər çox torpağı işğaldan azad etməkdir. Rusiya isə əksinə, daha böyük əraziləri işğal etməyə çalışacaq. Çünki danışıqlar masasında kimin daha çox ərazini nəzarətdə saxlaması onun üstün mövqedə olmasını müəyyən edəcək. Ona görə Rusiya daha çox torpaq ələ keçirməyə, Ukrayna isə daha çox ərazini azad etməyə çalışır. Minimum səviyyədə belə tərəflər bir-birinin iqtisadiyyatına və hərbi infrastrukturuna zərbə vurmağa davam edəcəklər. Müharibənin gedişatı bu istiqamətdə sülh əldə olunana qədər davam edəcək".
Ayhan
09:57 09.12.2025
Oxunuş sayı: 1176