Azərbaycan Afrika ölkələri ilə əlaqələri inkişaf etdirmək niyyətindədir - Hikmət Hacıyev
"Azərbaycan Afrika qitəsi ilə əlaqələrin gələcək inkişafını səbirsizliklə gözləyir."
Crossmedia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülh dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.
H.Hacıyev bildirib ki, Azərbaycanın Afrika ilə tarixi əlaqələri mövcuddur. Sovet dövründə Afrika ölkələrindən olan bir çox tələbə Azərbaycanda təhsil alıb və bu gün öz ölkələrinin inkişafına töhfə verməkdə davam edir.
Onun sözlərinə görə, həmin şəxslər Afrika ilə Azərbaycan arasında humanitar əlaqələrin qurulmasına da kömək edirlər. Azərbaycan Afrika ölkələri ilə münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindədir.
23:23 26.10.2026
Oxunuş sayı: 47