Putin ailələrə dəstək tədbirlərinin genişləndirilməsini tapşırıb
Rusiya Prezidenti Vladimir Putin hamiləlik dövründə xüsusi hərbi əməliyyatda iştirak edən hərbçilərin həyat yoldaşlarına əlavə dəstək tədbirlərinin nəzərdən keçirilməsini tövsiyə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Prezidentin tapşırıqları arasında hamilə qadınlara psixoloji və informasiya dəstəyinin genişləndirilməsi, doğum evlərində rahat şəraitin yaradılması, çoxuşaqlı analara sürücülük məktəblərində güzəştlərin verilməsi və uşaqlı sərnişinlər üçün sabit tariflərlə taksi xidmətlərinin təşkili məsələləri yer alıb.
Bundan əlavə, uşaqların doğulmasına görə regional ödənişlərin vahid müavinətin təyin edilməsi zamanı nəzərə alınan gəlirlər siyahısından çıxarılması, kişilərin reproduktiv sağlamlıqla bağlı mütəmadi tibbi müayinələrə təşviq edilməsi və ailə tarixçəsinə dair arxiv sənədlərinin elektron nüsxələrinə çıxışın təmin olunması təklif edilib.
Tapşırıqlar sırasında HPV-yə qarşı peyvəndin milli profilaktik peyvənd təqviminə daxil edilməsi, eləcə də çoxuşaqlı ailələrin dəstək tədbirlərindən yararlanmaq hüququnun təhlili də var.
22:26 26.10.2026
Oxunuş sayı: 54