Britaniyalılar müharibəyə hazırlıq çağırışlarından sonra radioqəbuledici və fənərləri kütləvi şəkildə alırlar
Britaniyada hakimiyyətin müharibəyə hazırlıqla bağlı bəyanatlarından sonra əhali arasında radioqəbuledici və fənərlərə tələbat artıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti yazıb.
Bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Uez Stritinq qəzet üçün yazdığı məqalədə ölkənin 1000 gün ərzində müharibəyə hazır olmalı olduğunu bildirib. Bununla belə, nazir Londonun hansı ölkə ilə müharibəyə hazırlaşdığını açıqlamayıb.
21:20 26.10.2026
Oxunuş sayı: 50