Serbiyanın yeni hakimiyyəti Ukraynaya silah tədarükünü dayandıra bilər
Serbiyada seçkilərdə qalib gələn “Tələbə siyahısı” hərəkatının nümayəndələri ölkənin döyüş bölgələrinə, o cümlədən Ukraynaya silah ötürən Qərb vasitəçilərinə silah ixracını dayandırmağı planlaşdırırlar.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hərəkatın nümayəndəsi Yovo Bakiç bildirib ki, gələcək hökumət Rusiyaya qarşı Avropa İttifaqının sanksiyalarını da dəstəkləməyəcək.
“Biz Rusiyaya böyük dövlət və tarixən mühüm tərəfdaşımız, bir çox hallarda isə müdafiəçimiz kimi hörmət edirik”, – deyə Bakiç vurğulayıb.
Onun sözlərinə görə, Belqradın Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalar Moskvaya təsir göstərməsə də, simvolik baxımdan mənfi nəticələr doğura bilər.
21:39 26.10.2026
Oxunuş sayı: 48