Soydaşımız “Türk Xalqlarının Ən Yaxşı Tələbəsi” seçilib
Bişkekdə fəaliyyət göstərən Qırğızıstan–Rus Slavyan Universitetinin Ümumi Tibb fakültəsinin 5-ci kurs tələbəsi Esmira Baxşəliyeva gənclər siyasətinin inkişafına verdiyi töhfələrinə görə “Türk Xalqlarının Ən Yaxşı Tələbəsi” Beynəlxalq Müsabiqəsinin qalibi olub.
Crossmedia.az xəbər verir ki, Astanada keçirilən müsabiqə türkdilli ölkələrin ən fəal, bilikli və ictimai fəaliyyətlə seçilən gənclərini bir araya gətirib. Soydaşımız bütün mərhələlərdə yüksək bilik və bacarığını nümayiş etdirərək birinci yeri qazanıb.
Sonda Esmira Baxşəliyevaya birinci dərəcəli qalib diplomu, döş nişanı və sertifikat təqdim edilib.
14:40 08.12.2025
Oxunuş sayı: 968