İşsizlikdən Sığorta Fondunun gələn il üçün büdcəsi ilk oxunuşda qəbul edilib
Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müzakirə aparılıb.
Qeyd edilib ki, 2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 266,4 milyon manat (2025-ci illə müqayisədə 2,2 % çox) olması proqnozlaşdırılır.
Sənədə əsasən, xərclərin 238,3 milyon manatının İSF-nin gəlirlərinin (15,5 % çox), 28,1 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (48,25 % az) hesabına qarşılanması nəzərdə tutulur.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ilk oxunuşda qəbul olunub.
16:45 20.11.2025
Oxunuş sayı: 1190