Şəkidə arxeoloji abidənin muzey statusu alması üçün Mədəniyyət Nazirliyinə müraciət edilib
Şəkinin Fazıl kəndində qazıntı zamanı aşkar edilmiş qədim yaşayış məskənlərini və orada tapılan eksponatları ehtiva edən abidənin muzey statusu alması üçün müraciət edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Report"a sözügedən abidənin sahibi İntizar Bədəlova məlumat verib.
Onun sözlərinə görə, sözügedən yaşayış məskəni 2006-cı ildə aşkar edilib.
"Elə o zaman eksponatlar üzərində kərpicdən qoruyucu tikinti aparmışıq. Ümumilikdə 5 yerdə qədim yaşayış yeri aşkarlamışıq ki, bunların 4-ü müxtəlif dövrlərə aiddir. Ancaq Təpəbaşı nekropolu və yaşayış yerində b.e.ə I minilliyin birinci yarısından başlayaraq orta əsrlərə qədər fasiləsiz yaşayış davam etmişdir".
10:54 18.11.2025
Oxunuş sayı: 1475