Şanlı Zəfərimizə ithaf edilən bu cür rəsm sərgiləri mütamadi keçirilir - Xalq rəssamı
Şanlı Zəfərimizə ithaf edən bu cür rəsm sərgiləri mütamadi keçirilir. Bu fikirləri “Zəfərin izi” adlı rəsm sərgisində Crossmedia.az-a açıqlamasında Xalq rəssamı Arif Hüseynov bildirib.
O, bu cür rəsm sərgilərinin çox keçirildiyini və bu sərgilərdə gənc rəssamlarında iştirak etdiyini vurğulayıb: "Ümumən bu cür rəsm sərgiləri çox keçirilir. Məhz o tədbirlərdən biri də şanlı Zəfərimiz münasibətilə Muzey Mərkəzində təşkil olunur. Maraqlı məqam burdadır ki, biz rəsmlər sırasında gənc və istedadlı rəssamların da şəkillərini görə bilərik. Bu olduqca müsbət bir haldır".
Xalq rəssamı bu sərgidə 40 dan çox rəssamın 50-yə yaxın rəsm əsərlərinin nümayiş etdirildiyini qeyd edib.
"Bu gün burada 40-dan artıq rəssamın 50-yə yaxın əsəri nümayiş edilir. Bu da bu sahəyə olan ciddi marağın sübutudur"- deyə o əlavə edib.
Elmir Heydərli
15:28 01.11.2025
Oxunuş sayı: 1472