Lisey və gimnaziyalara qəbul imtahanları elektron şəkildə keçirilə bilər
Bizim hədəflərimizdən biri lisey və gimnaziyalara qəbul imtahanlarını elektron şəkildə keçirməkdir.
Crossmedia.az xəbər veri ki, bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Təhsil TV-nin canlı yayımında deyib.
O bildirib ki, lisey və gimnaziyalara qəbul sualları təkmilləşdiriləcək.
"Eyni zamanda infrastrukturu qura bilsək, ola bilsin ki, növbəti il lizey və gimnaziyalara qəbul imtahanı elektron qaydada, komputerlər vasitəsi ilə keçirilsin",- deyə o əlavə edib.
Qeyd edək ki, hazırda lisey və gimnaziyalara qəbul imtahanları ənənəvi qaydada keçirilir.
15:31 29.10.2025
Oxunuş sayı: 907