Bakı Beynəlxalq İncəsənət Festivalına həsr olunmuş dəyirmi masa keçirilir
Bu gün Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF 2025) rəsmi təqdimatına həsr olunmuş dəyirmi masa keçirilir.
Crossmedia.az xəbər verir ki, Bakı Beynəlxalq İncəsənət Festivalı 31 oktyabr — 16 noyabr 2025-ci il tarixində Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək. Festival çərçivəsində Bakının aparıcı səhnələrində dünya şöhrətli rejissorlar, xoreoqraflar və teatrların tamaşaları təqdim olunacaq. Onlar arasında Şaron Eyal, Rober Lepaj, Daniyele Finzi Paska, Yan Lipin, Giyom Koté, Rimas Tuminas və Geshar Teatrı, həmçinin digər görkəmli sənətkarlar yer alır.
Qeyd edək ki, Tədbir zamanı ilk dəfə keçirilən festivalın missiyası, proqramı və əsas hadisələri təqdim olundu. Dəyirmi masanın iştirakçıları isə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Bakı Beynəlxalq İncəsənət Festivalının səfiri Fuad İbrahimov, musiqiçi, bəstəkar-ifaçı, BIAF Fəxri Səfiri Aysel Məmmədova, ssenarist, dramaturq İsmayıl İmandır.
Ayhan
13:54 28.10.2025
Oxunuş sayı: 1386