Sertifkasiya müəllim nüfuzunun artmasına kömək olacaq - Rəy
Son illərdə ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamətlərindən biri müəllim peşəsinin nüfuzunun yüksəldilməsi, məktəblərdə çalışan pedaqoji kadrların bilik və səriştələrinin real qiymətləndirilməsi olmuşdur. Bu baxımdan sertifikasiya prosesi təkcə yoxlama mexanizmi deyil, həm də müəllimlərin peşəkar inkişafı və cəmiyyətdəki rolunun gücləndirilməsi üçün mühüm vasitə kimi çıxış edir. Müasir dövrdə təhsil sisteminin keyfiyyətlə idarə olunması, savadlı və hazırlıqlı kadrların məktəblərdə çalışması bir prioritetə çevrildiyindən, sertifikasiya həm ictimai etimadın artırılması, həm də müəllim imicinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Crossmedia.az-a açıqlama verib:

"Mən sertifkasiya prosessini hər zaman dəstəkləmişəm və düşünürəm ki, sertifkasiya savadı, biliyi eyni zamanda səriştələri olan şəxslər üçün heç vaxt problem olmayıb və olmayacaq. Əksinə, sertifkasiya müəllimlərin əməyinə yanaşmanı tətbiq etmək üçün ən doğru seçimlərdən biridir. Bu mənada mən təbii ki, hər zaman müəllimlərin peşəkar inkişafına dəstək ola biləcək, eyni zamanda nüfuzunun artmasına gətirib çıxara biləcək prosessləri təşkil olunmasını müsbət hal kimi dəyərləndirirəm və sertifkasiyanın da məhz bu istiqamətdə atılan ən doğru addımlardam biri kimi qəbul edirəm. Sertifkasiya təbii ki, cəmiyyətdə artıq müəllim obrazı, savadlı müəllim, savadlı pedaqoq obrazı artıq gündəmə gəldi. Xeyli sayda bizim zaman-zaman məktəblərdə müəllim vəzifəsini tutan adamlar var idi ki, onlar sertifkasiya prossesindən kənarda qaldılar. Təbii ki, qeyd etmək istəyirəm mən müəllimləri işdən azad olunması kimi məsələləri arzulamasam da reallıq bundan ibarətdir ki, bu prosses qaçınılmazdır".
Ekspert həmçinin qeyd edib ki, sertifkasiya əslində müəllim nüfuzunun artmasına kömək olacaq: "Hələ bundan sonra da biz bu prossesinin davamını görəcəyik. Hesab edirəm ki, müəllimə inamı artıracaq, müəllimə güvəni artıracaq. Eyni zamanda, savadlı şəxlərin məktəbdə məhz təhsil işində yer almasını şərtləndirəcək. Eyni zamanda, yeni nəsil müəllimlərin, yeni nəsil pedaqoqların məhz o yerləri tutmasına gətirib çıxaracaq. Bu mərhələ sertifkasiyanı həm də müəllim nüfuzuna artmasına təkan verən prosses kimi təbiki dəyərləndirirəm və hesab edirəm ki, çox doğru yanaşma olaraq qəbul edirəm. Bu məktəbə inamı artırır və müəllim nüfuzunun artmaslna kömək edir".
Ayhan
18:07 27.10.2025
Oxunuş sayı: 1716