Diaspor Boks Liqası Almaniyada keçirilən yarışda qalib gəlib
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada fəaliyyət göstərən Diaspor Boks Liqası (DBL) Zeitz şəhərində təşkil olunan həvəskar boks yarışında ölkəmizi təmsil edib.
Crossmedia.az Diaspor Komitəsinə istinadən xəbər verir ki, Almaniyanın 12 şəhərindən komandaların qatıldığı turnirdə Diaspor Boks Liqası baş məşqçi Şamil Kərimovun rəhbərliyi ilə mübarizəyə qoşulub.
Turnirdə DBL-in boksçuları Altay Qurbanov (69 kq), Ramal Abdullayev (63,5 kq), Staiko Stainov (72 kq), Mazer Yusif (66 kq) və Hoiman Yevgeni (69 kq) öz çəkilərində rəqiblərinə qalib gələrək yarışın birincisi olublar.
Diaspor Boks Liqasının rəhbəri Yaşar Niftəliyev boksçuları qazandıqları qələbə münasibətilə təbrik edərək, bu uğurun Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunduğunu bildirib.
14:51 27.10.2025
Oxunuş sayı: 743