Azərbaycan və NATO tərəfdaşlığının inkişafı müzakirə olunub

Azərbaycan və NATO arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı müzakirələr keçirilib. Görüşdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentsson, Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov iştirak ediblər.
Crossmedia.az bildirir ki, məlumatı İsveç səfirliyi yayıb: “Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə faydalı müzakirə üçün minnətdarlığımızı bildiririk. Görüşdə Azərbaycanın NATO ilə tərəfdaşlığının gələcək inkişafı və regional məsələlər müzakirə olunub. 2025–2026-cı illərdə Slovakiya və İsveçin Azərbaycandakı səfirlikləri NATO-nun Azərbaycandakı əlaqələndirici səfirlikləri funksiyasını yerinə yetirəcək”.
17:27 15.09.2025
Oxunuş sayı: 733