Zelenski: Ukrayna qoşunları sərhəddə irəliləyir, Rusiyanın enerji infrastrukturu hədəfdədir

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna bölmələri Sumı vilayətində sərhəd zonasında irəliləyib, Rusiya isə Kupiyansk və Donetsk istiqamətlərində ciddi itkilər verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O, Rusiya neft bazalarına endirilən zərbələri “sürətli sanksiyalar” adlandıraraq vurğulayıb ki, bu hücumlar Moskvanın enerji axınlarını məhdudlaşdırıb və müharibə aparmaq imkanlarına birbaşa təsir göstərib.
Prezident həmçinin xəbərdarlıq edib ki, Ukrayna xüsusi təyinatlılarının hədəfində Ust-Luqada yerləşən Rusiya limanı və digər ixrac məntəqələri var. Zelenski SBU xüsusi qüvvələrini Primorskdakı neft terminalına uğurlu hücuma görə təşəkküredib.
22:44 14.09.2025
Oxunuş sayı: 676