ABŞ-Belarus danışıqları Moskva ilə Minsk arasında uçurum yaratmaq cəhdi kimi qiymətləndirilib
ABŞ və Belarus arasında aparılan danışıqların əsas məqsədlərindən biri Minsk ilə Moskva arasında fikir ayrılığı yaratmaq ola bilər.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Avropa Araşdırmaları kafedrasının professoru, “Valday” klubunun eksperti Stanislav Tkaçenko bildirib ki, Vaşinqton və müttəfiqlərinin əsas səyləri Belarusun İttifaq Dövlət çərçivəsində Rusiyadan uzaqlaşdırılmasına yönəlib.
Onun sözlərinə görə, ABŞ Belarus məsələsinə Ukraynadakı münaqişə prizmasından yanaşır və Minsk ilə Moskva arasında fikir ayrılığı yaratmağa ümid edir.
Tkaçenko Rusiya ilə Belarus arasında münasibətlərin möhkəm olduğunu vurğulayıb. O xatırladıb ki, 2023-cü ildən Belarus ərazisində Rusiyanın nüvə silahları, həmçinin “Oreşnik” orta mənzilli raketləri yerləşdirilib.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koull sentyabrın 15-də Belarusun paytaxtı Minskə gedərək ölkə lideri Aleksandr Lukaşenko ilə danışıqlar aparıb. Rusiya və Belarus prezidentləri səviyyəsində son danışıqlar isə avqustun 29-da baş tutub. Həmin görüşdə Lukaşenko Rusiyanın lideri Vladimir Putinlə Novo-Oqaryovodakı iqamətgahında görüşüb.
18:18 17.09.2026
Oxunuş sayı: 46