Fermerlərə 5 milyard rubl ayrılacaq
Krasnodar diyarının hakimiyyəti dəniz yolu ilə taxıl ixracının azalması nəticəsində zərər çəkən yerli fermerlərə dəstək üçün regional büdcədən 5 milyard rubl ayıracaq.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, ayrılacaq vəsait yerli fermerlərdən və kiçik kənd təsərrüfatı müəssisələrindən taxıl alınmasına yönəldiləcək.
Onun sözlərinə görə, Azov-Qara dəniz hövzəsi vasitəsilə taxıl ixracının azalması fermerlərin topladıqları məhsulu satmasını çətinləşdirib. Kondratyev bu vəziyyətdə yığılan taxılın reallaşdırılmasını kənd təsərrüfatı sektoru üçün əsas problemlərdən biri adlandırıb.
Qubernator qeyd edib ki, dəniz yolu ilə ixracda yaranan çətinliklər səbəbindən bəzi Kuban müəssisələri taxılı maya dəyərindən aşağı qiymətə satmağa məcbur olub. Onun sözlərinə görə, regional dəstək yerli kiçik aqrobiznesin fəaliyyətini davam etdirməsinə imkan verəcək.
Kondratyev əlavə olaraq regional büdcədən fermerlərdən və kiçik müəssisələrdən taxıl alınması üçün 5 milyard rubl ayrılmasının planlaşdırıldığını bildirib.
18:25 17.09.2026
Oxunuş sayı: 45