SOCAR və Özbəkistan “Üstyurt” layihələrini müzakirə edib
SOCAR və Özbəkistan “Üstyurt” investisiya bloklarında layihələrin həyata keçirilməsini müzakirə edib.
Crossmedia.az xəbər verir ki,bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, SOCAR prezidenti Rövşən Nəcəf Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov və energetika naziri Şerzod Xocayevlə görüşüb.
"Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin “Əbədi dostluq” səviyyəsinə yüksəldiyi qeyd olunub. Bu xüsusda, iki ölkə arasında iqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində tərəfdaşlığın dinamik inkişaf etdiyi bildirilib.
Söhbət zamanı Özbəkistanda SOCAR brendi altında yeni yanacaqdoldurma məntəqələrinin tikintisi layihəsi, həmçinin “Üstyurt” investisiya blokları üzrə görülən işlər nəzərdən keçirilib. Bu layihələrin ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb. Görüşdə SOCAR ilə Özbəkistan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, birgə investisiya layihələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb",-deyə məlumatda qeyd olunur.
18:11 17.09.2026
Oxunuş sayı: 50