Polşa NATO-nun əməliyyatı çərçivəsində xarici hərbçilərin ölkədə qalmasına icazə verib

Polşa prezidenti Karol Navrotski NATO-nun şərq cinahında alyansın həyata keçirdiyi "Eastern Sentry" hava məkanının müdafiə əməliyyatı ilə əlaqədar xarici qoşunların ölkədə qalmasına icazə verən qərar imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosu "X" sosial şəbəkəsində yazlb.
"Polşa Respublikasının Prezidenti Karol Navrotski “Eastern Sentry” əməliyyatı çərçivəsində NATO-ya üzv dövlətlərin xarici qoşunlarının Polşaya əlavə olaraq Polşa Respublikası ərazisində olmasına razılığını ifadə edən qərar imzalayıb", - deyə bildirilib.
Qeyd edək ki, sentyabrın 12-də NATO-nun baş katibi Mark Rutte alyansın şərq cinahının hava məkanını qorumaq üçün “Eastern Sentry” əməliyyatına başladığını elan edib.
21:48 14.09.2025
Oxunuş sayı: 693