Pakistanın 12 əsgəri həlak oldu

Dünən Pakistanın şimal-qərbində, Əfqanıstan sərhədinə yaxın Cənubi Vəziristan bölgəsində ordu konvoyuna hücum edilib. Hadisə nəticəsində 12 Pakistan əsgəri həlak olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Hücumun məsuliyyətini Pakistan Talibanı öz üzərinə götürüb. Qruplaşma son illərdə Pakistan təhlükəsizlik qüvvələrinə qarşı tez-tez silahlı hücumlar təşkil edir.
Rəsmi İslamabad bir neçə dəfə bəyan edib ki, Pakistan Talibanı Əfqanıstandakı Taliban hakimiyyəti tərəfindən dəstəklənir, lakin Əfqanıstan hökuməti bu iddiaları qəti şəkildə rədd
edir.
18:33 14.09.2025
Oxunuş sayı: 630