İran Atom Enerjisi Təşkilatı Vyanada illik konfransda iştirak edəcək

İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib ki, sabah Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) 69-cu illik sessiyası işə başlayacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Eslami qeyd edib ki, İran konfransda obyektlərinə qarşı həyata keçirilən hücumları pisləyən qətnamə layihəsi təqdim edəcək. O, əlavə edib ki, toplantı çərçivəsində obyektlərə baş verən hücumlarla bağlı beynəlxalq ictimaiyyətə aydın izahat verilməsi üçün müzakirələr aparılacaq:
"Ümid edirik ki, bu toplantıda iştirak etməklə obyektlərimizin başına gələnlərlə bağlı daha aydın mövqe ortaya qoyulacaq."
17:59 14.09.2025
Oxunuş sayı: 714