Serbiya prezidenti: Xarici kəşfiyyat xidmətləri Serbiyadakı etirazları maliyyələşdirir

Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib ki, bir neçə ölkənin kəşfiyyat xidmətləri Serbiyadakı etiraz hərəkatlarını maliyyələşdirib və bu məqsədlə ümumilikdə 4 milyard dollar xərcləyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Vuçiçin sözlərinə görə, o, bu barədə daha əvvəl danışa bilməyib, çünki bu, Serbiyanın neytrallığını pozardı. Lakin indi həmin dövlətlərə açıq mesaj verib: “Onlar yaxşı bilirlər ki, biz onların nə etdiyindən xəbərdarıq”.
Serbiya parlamentinin sədri Ana Brnabiç də məsələyə münasibət bildirib. O, Avropa rəsmilərinin təkcə qeyri-leqal etirazları dəstəkləmədiyini, həm də şəxsən iştirak etdiyini vurğulayıb.
Brnabiç xüsusilə Danimarkadan Avropa Parlamenti deputatı Rasmus Nordkvistin və Yunanıstandan Avropa Yaşıllar Partiyasının həmsədri Vula Tsetsinin Novi-Saddakı aksiyalarda iştirakına diqqətçəkib.
17:42 14.09.2025
Oxunuş sayı: 795