Zelenski: Atəşkəs olmadan təhlükəsizlik zəmanəti olmayacaq

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəyə real təhlükəsizlik zəmanətləri yalnız atəşkəsin təmin olunmasından sonra mümkün olacaq. Onun sözlərinə görə, tərəfdaşlar belə bir vəziyyətdə Ukraynaya gəlməyəcək və dəstək göstərməyəcəklər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
“Bu faktdır. Atəşkəs olmadan heç bir təhlükəsizlik zəmanəti olmayacaq”, – Zelenski vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp, Avropa ölkələri və dünya ictimaiyyəti Rusiya Prezidenti Vladimir Putinə ikitərəfli və ya üçtərəfli görüşün baş tutması üçün kifayət qədər təzyiq göstərmir.
17:23 14.09.2025
Oxunuş sayı: 859