ABŞ Rusiyaya qarşı sanksiya tətbiq etməyəcək

ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməməsinin səbəbi Ağ Ev rəhbəri Donald Trampın irəli sürdüyü tələblərin real olmamasıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
NATO üzvlərindən Macarıstan və Türkiyə hələ də Moskva ilə yaxşı münasibətlərini qoruyur və Rusiyadan enerji resursları almaqda davam edirlər. Bu səbəbdən yaxın gələcəkdə bu mövzuda dəyişikliklər gözlənilmir.
Avropanın digər ölkələrinin çoxu Rusiya neftinin idxalını azaldıb. Lakin bəzi dövlətlər hələ də Rusiyanın qazından asılı vəziyyətdədir. Tramp isə bu məqamı diqqətə çatdırmayıb.
Nigar Rəhimova
15:28 14.09.2025
Oxunuş sayı: 878