F35-lərin qiyməti artdı, ABŞ-İsveçrə arasında gərginlik yarandı

ABŞ F-35 döyüş təyyarələrinin qiymətini artırıb. Artımın səbəbi kimi inflyasiya və xammal qiymətlərindəki yüksəliş göstərilir. Bu, xüsusilə İsveçrə ilə 36 təyyarəlik müqavilədə qiymət qeyri-müəyyənliyinə səbəb olaraq gərginlik yaradıb.
Crossmedia.az "CNN"ə istinadən xəbər verir ki, 2022-ci ildə İsveçrə ilə imzalanan müqaviləyə görə, 36 F-35-in ümumi maliyyəti təxminən 7,4 milyard dollar olaraq müəyyən edilmişdi. Qiymət artımından sonra isə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) qiyməti 610 milyon dollar, İsveçrə tərəfi isə 807 milyon–1,6 milyard dollar arası kimi göstərir.
Pentaqon bildirib ki, qiymətlər yekun müqavilədə dəqiqləşəcək və sabit qiymətli müqavilələr proqnozlaşdırıla bilsə də, inflyasiya səbəbindən ümumi xərclər fərqli ola bilər. İsveçrə hökuməti isə müqavilədən imtina etməyəcəklərini, lakin maliyyət qeyri-müəyyənliyinin ciddi problem yaratdığını açıqlayıb.
21:31 13.09.2025
Oxunuş sayı: 1251