G7: "Tehran müxalifləri və yəhudi icmalarını hədəfə alır”

Böyük Yeddilik (G7) və tərəfdaşları bəyanat yayaraq İranı xaricdə müxalifləri öldürmək və qaçırmaq, tənqidçilərə təzyiq göstərmək və yəhudi icmalarını qorxutmaqda ittiham ediblər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Britaniya, ABŞ və Aİ ilə yanaşı Avstraliya, Niderland, Yeni Zelandiya və İsveçin də dəstək verdiyi bəyanatda bu hərəkətlər “ölkələrin milli suverenliyinə açıq təhdid” adlandırılıb.
Avstraliya hökuməti isə Tehranın Sidney və Melburnda iki antisemit hücumda əli olması ilə bağlı ittihamlara cavab olaraq İran səfirini ölkədən çıxarıb.
20:52 13.09.2025
Oxunuş sayı: 631