Argentina Ukraynaya qoşun göndərmə imkanını nəzərdən keçirir

Argentina hakimiyyəti Ukraynaya hərbi kontingentin göndərilməsi məsələsinə baxmağa hazırdır.
Crossmedia.az xəbər verir ki, bunu Cənubi Amerika ölkəsinin Rusiyadakı səfiri Enrike İqnasio Ferrer Vieyra deyib.
"Belə mövzular yüksək siyasi səviyyədə müzakirə olunur, lakin Ukraynada təhlükəsizliyi təmin etmək üçün Argentina silahlı qüvvələrinə ehtiyac yaranarsa, prezident, şübhəsiz ki, bu imkanı nəzərdən keçirməyə hazır olacaq", - o deyib.
Diplomat qeyd edib ki, Argentina dəfələrlə BMT-nin sülhməramlı missiyalarında iştirak edib və bu ehtimal hazırkı Rusiya-Ukrayna münaqişəsi kontekstində də müzakirə oluna bilər:
"Mən şəxsən hökumətimlə bu məsələni müzakirə etməmişəm. Lakin hesab edirəm ki, nizamlanma prosesində, o cümlədən təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsində BMT iştirak etməlidir", - Vieyra əlavə edib.
Səfirin sözlərinə görə, respublika prezidenti Xavyer Miley regionda sülhün bərqərar olmasını və ziddiyyətlərin güc tətbiq edilmədən həll olunmasını istəyir:
"ABŞ Prezidenti Donald Trampın dediyi kimi, biznes yalnız sülh şəraitində inkişaf edə bilər. Buna görə də biz Argentinada Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin anlaşmasını və davamlı sülhün bərqərar olmasını istəyirik".
20:32 13.09.2025
Oxunuş sayı: 632