Albaniya süni intellekti nazir edən ilk ölkə oldu

Albaniya hökuməti satınalma və tender proseslərini idarə edəcək yeni bir naziri – süni intellekt əsaslı Diella adlı rəqəmsal avatarı təqdim edib.
Crossmedia.az "Haber Global"a istinadən xəbər verir ki, Baş nazir Edi Ramənın dördüncü dönəm hökumətində vəzifəyə gətirilən Diella fiziki varlığa malik deyil, yalnız rəqəmsal formada mövcuddur. O, dövlət satınalmalarını tənzimləmək və özəl şirkətlərlə imzalanan bütün müqavilələri idarə etmək öhdəliyini daşıyacaq.
Bu addımla Albaniya süni intellekti rəsmi olaraq nazir postuna gətirən ilk ölkə kimi tarixə düşüb.
19:17 13.09.2025
Oxunuş sayı: 1022