İqbal Ağazadə seçicilərə səsləndi: “Biz Azərbaycan cəmiyyətində müharibə istəyirikmi?!”

“Bu da onların öz mövqeləridir. Amma cəmiyyətə mesajım var: dialoq olmayan yerdə müharibə olacaq. Biz Azərbaycan cəmiyyətində müharibə istəyirikmi?!”.
Bu sözləri Crossmedia.az-a geniş müsahibəsində “Ümid” partiyasının sədri İqbal Ağazadə deyib.
“ Biz dünyada müharibələrin nələrə səbəb olduğunu görürük. Bu müharibələrin baş verməsinin əsas səbəbi qütbləşmələrin çox dərin olmasıdır. Biz dialoq qapısının daim açıq olmasını istəyirik ki, ən çətin problemlərimizi belə, küçələrdə yox, masa arxasında həll edə bilək. Cəmiyyət nə qədər ki, gec deyil, barışa, dialoqa gəlməlidir, problemi həll olunsa da, olunmasa da. Nəzərə almaq lazımdır ki, barış qapısının bağlandığı növbəti qapı savaş qapısıdır”.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/index.php/az/article/45118
Kənan Novruzov,
Ayhan Ağarzayev
18:30 13.09.2025
Oxunuş sayı: 1038