Xameneyinin müşaviri yenə Azərbaycana qarşı əsassız iddialar irəli sürdü

İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanın avropalı ravvinlərin toplantısına ev sahibliyi etməsi barədə yayılan xəbərlərə münasibət bildirib. O, bunu “anti-İslam” addımı adlandıraraq, “müsəlman ölkəsində avropalı ravvinlərin iclası” barədə xəbərin doğru olmamasına ümid etdiyini deyib.
Crossmedia.az xəbər verir ki, Vilayəti açıqlamasında hətta Azərbaycanın tarixini təhrif edərək, guya xalqın İrana qayıtmağa cəhd etdiyini və Azərbaycanın İrana bağlılığı iddiasını vurğulamağa çalışıb. O, bu görüşün məqsədini “İbrahim razılaşmalarını genişləndirmək” kimi qələmə verib.
Eyni zamanda, İran rəsmisinin “Azərbaycan xalqı bu görüşdən narazı qalacaq” iddiası da reallıqdan uzaqdır. Azərbaycan xalqı dövlətinin müstəqilliyini, dini-etnik müxtəlifliyini və tolerantlıq ənənələrini dəstəkləyir.
Vilayətinin #ittihamları, əslində, İranın bölgədə getdikcə azalan təsirini gizlətmək cəhdindən başqa bir şey deyil.
15:38 13.09.2025
Oxunuş sayı: 877