Azərbaycan Fələstin hökumətinin yaradılmasını dəstəkləyən bəyannaməyə səs verib

Azərbaycan BMT Baş Assambleyasının HƏMAS-dan azad Fələstin hökumətinin yaradılmasını dəstəkləyən bəyannaməsinin qəbul edilməsinə səs verib.
Crossmedia.az xəbər verir ki, səs çoxluğu ilə təsdiqlənən sənəd Qəzza zolağında müharibənin dərhal dayandırılmasının zəruriliyini təsbit edir və BMT Təhlükəsizlik Şurasının mandatı altında müvəqqəti beynəlxalq sabitləşdirmə missiyasının göndərilməsini tələb edir.
Bəyannamə, həmçinin Fələstin-İsrail münaqişəsinin iki dövlətli həllinə doğru kursu bir daha təsdiqləyir və Fələstinin dövlət olma hüququnu tanıyır. ABŞ və İsrail daxil olmaqla 10 dövlət qarşı çıxıb, 12-si birtərəf qalıb.
15:19 13.09.2025
Oxunuş sayı: 751