Kustar üsulda istehsal olunan məhsullar kafe və restoranlara gizli şəkildə tədarük edilir

Azərbaycanda zəhərlənmələrin əsas səbəblərindən biri kustar üsulla istehsal olunan məhsullara nəzarət edilməməsidir.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev komitənin bugünkü iclsasında çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, fərdi şəkildə kustar üsulda istehsal olunan məhsullar zəhərlənmələrə səbəb olur:
“Bu məhsulların əksəriyyəti restoran və kafelərə gizli şəkildə tədarük olunur. Zəhərlənmələrin əsas səbəbi odur ki, belə məhsullara nəzarət olunmur. Sahibkarlar məsuliyyətini dərk etməlidirlər ki, bu məhsullar mütləq nəzarətdən keçirilsin və daha sonra restoranlara verilsin”.
12:56 12.09.2025
Oxunuş sayı: 1286