Urmiya gölünün xilası üçün beynəlxalq qurumlara çağırış edilib

Bir qrup tədqiqatçı və ekoloji ekspert BMT və beynəlxalq təşkilatlara müraciət edərək, Urmu gölündə sürətlə gedən ekoloji fəlakətin qarşısını almaq üçün təcili müdaxilə çağırışı edib.
Bu barədə Crossmedia.az məlumat verir.
Məlumata görə, çağırış BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Ramsar Konvensiyasının Katibliyi, BMT-nin Davamlı İnkişaf Komissiyası (CSD), Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA), Dünya Bankı və Qlobal Ətraf Mühit Fondu (GEF) kimi qurumlara ünvanlanıb.
21:35 11.09.2025
Oxunuş sayı: 1524