Hikmət Hacıyev ABŞ-da sülh gündəminə dair geniş müzakirələr aparıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Vaşinqton və Bakı arasında strateji tərəfdaşlıq, regional problemlər və qlobal sülh gündəmi ilə bağlı geniş müzakirələr aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib
Məlumata görə, müzakirələr ABŞ Konqresində ABŞ-Yaxın Şərq Sammiti çərçivəsində təşkil olunub.
Elmir Heydərli
09:25 11.09.2025
Oxunuş sayı: 823