Hikmət Hacıyev və Kristofer Landau Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.
Tərəflər Azərbaycan və ABŞ arasında strateji münasibətləri, eləcə də regional məsələləri müzakirə ediblər.

17:25 10.09.2025
Oxunuş sayı: 3824