İranlı alim: Avrasiya əlaqəliliyinin gücləndirilməsində mövcud imkanlardan istifadə edilməlidir
Avrasiya əlaqəliliyinin gücləndirilməsində imkanlar məhdud olsa da, onlardan istifadə etmək lazımdır.
Crossmedia.az xəbər verir ki, bunu İranın Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Morteza Damanpank Cami Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun on üçüncü sessiyasında deyib.
Onun sözlərinə görə, Avrasiya materikində əlaqəliliyin gücləndirilməsi ticarətin asanlaşdırılmasına töhfə verəcək:
"Eyni zamanda, bu, əlverişli geoiqtisadi şəraitin yaradılmasına da kömək edəcək. Avrasiya əlaqəliliyində Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin rolu danılmazdır. Bu sahədə AQEM-ə üzv dövlətlərin birgə səyi nəticəsində əhəmiyyətli irəliləyişlər əldə etmək olar".
M.D.Cami regiondakı bəzi geosiyasi münaqişələrə də diqqət çəkib:
"Regionda sabitliyin yaradılması mümkünsüz deyil. Bunun üçün rəqabəti yox, əməkdaşlıq modelini qəbul etmək, təhlükəsizlik prinsipini və çoxtərəfliliyi seçmək lazımdır".
16:53 09.09.2025
Oxunuş sayı: 4165